​Köçəryan yeni partiya yaratdı

Baxış sayı:
10714

Ermənistanda yeni müxalif partiya yaradılıb. Bu məlumatı “Adekvad” təşkilatının mətbuat xidməti yayıb. Təşkilat bundan sonra partiya olaraq fəaliyyət göstərəcəyini bildirib. Yeni partiya əsas hədəfinin çoxsəviyyəli, döyüş qabiliyyətli müdafiə infrastrukturu yaratmaq, müsbət demoqrafik dinamikaya nail olmaq, Ermənistan vətəndaşları üçün lazımi təhsilin verilməsini təmin etmək və ölkənin ümumi maraqlarının olduğu xarici subyektlərlə etibarlı münasibətlər yaratmaqdan ibarət olduğunu bildirib. Qeyd edək ki, “Adekvad” Paşinyan əleyhdarı və nisbətən də rusiyayönlü təşkilat kimi tanınır. Bir müddət əvvəl bu qurum məhz Köçəryanın həbsi, eləcə də Paşinyanın tərəfdarlarının məhkəmə binalarını tutmasına etiraz olaraq aksiya təşkil etməklə gündəmə gəlmişdi. Ermənistanın bəzi KİV-ləri isə bu təşkilatı məhz Köçəryanın maliyyələşdirdiyini iddia etmişdi./Axar