​Köçəryan yenə həbsdə qaldı

Baxış sayı:
5965

İrəvan məhkəməsi Ermənistanın eks-prezidenti Robert Köçəryanın girov qarşılığında azad olunmasıyla bağlı vəsatətə baxmayıb.
Bunu jurnalistlərə açıqlamasında Köçəryanın vəkili Ayk Alumyan deyib. O, məhkəmənin yanvarın 10-na təxirə salındığını deyib.
Qeyd edək ki, Köçəryan konstitusion nizamı dəyişməkdə ittiham edilir. Ona qarşı cinayət işi keçən il açılıb./Axar