Koçaryanın tərəfdarları yenidən Yerevan küçələrinə çıxdılar - AKSİYA

Baxış sayı:
10346

Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryanın tərəfdarları Yerevanda etiraz aksiyası keçiriblər.

Yerli KİV-lər xəbər verir ki, Ombudsman aparatının qarşısında baş tutan aksiyada Koçaryanın iki yüzə yaxın tərəfdarı iştirak edib. Etirazçılar sabiq prezidentin tezliklə həbsdən azad olunmasını tələb ediblər.

Sabiq deputat, aksiyanın təşkilatçılarından biri Qaqik Baqdasaryan Koçaryanın siyasi məhbus olduğunu və qanunsuz həbs edildiyini bildirib.

Onun sözlərinə görə, ombudsman Arman Tatoyan Koçaryanı siyasi məhbus kimi tanımalı və hüquqlarını müdafiə etməlidir. Aksiya iştirakçıları öz tələbləri yazılmış məktubu ombudsman aparatına təqdim ediblər.