Koçaryanın pasportu əlindən alındı

Baxış sayı:
418

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın şəxsiyyət vəsiqəsi əlindən alınıb.
Muxalifet.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Koçaryanın vəkili Aram Orbelyan jurnalistlərə bildirərək buna etiraz edib.
Onun sözlərinə görə bu addım istintaq tərəfindən ikinci prezidentin ölkəni tərk etməməsi üçün atılıb.
Orbelyan buna etiraz edərək bunun qanunsuz olduğunu bildirib.
“Ombudsman bu barədə Konstitusiya məhkəməsinə müraciət edib. O, da ittiham olunan şəxsin vəsiqəsinin sənədi hazırlayan orqanın nümayəndələrində ola bilməyəcəyi qərarına gəlib. Düşünmürəm ki, ilkin istintaq orqanı bu barədə bilmir” – vəkil qeyd edib.
Xatırladaq ki, Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan ikinci prezidentin ölkəni bir neçə günlüyünə tərk edəcəyi barədə bəyan edib. Bundan sonra məlum olub ki, onun vəsiqəsi bu sənədi hazırlayan orqanın əlindədir.
Qeyd edək ki, Robert Koçaryan ölkədə konstitusiya quruluşunu devirməkdə ittiham edilir. O, əvvəlcə həbs edilib sonra isə apelyasiya məhkəməsinin qərarı ilə onun toxunulmazlığı əsas gətirilərək azad edilib.