Koçaryandan ŞOK AÇIQLAMA: Paşinyan bununla Bakıya müharibə hüququnu verdi

Baxış sayı:
70

“Ermənistan hakimiyyətinin göz qabağında olan səhvləri Dağlıq Qarabağ məsələsində mövqelərimizi zəiflətdi. Baş nazirin “Qarabağ Ermənistanındır və nöqtə” öz müqəddəratını təyin etmə prinsipini sıradan çıxardı, ərazi bütövlüyü prinsipini önə çıxardı. Beləliklə, Azərbaycanın əli gücləndi”.
Bu barədə hazırda həbsdə olan Ermənistanın keçmiş prezidenti Robert Koçaryan “Sputnik Ermənistan”a müsahibəsində deyib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin ziddiyyətli bəyanatları münaqişənin sülh yolu ilə həllini sıfıra endirdi və Ermənistan tərəfinin konstruktivliyini şübhə altına qoydu: “Bununla yanaşı, Zoqrab Mnatsakanyanın dedikləri də xoşagəlməz görüntü yaratdı. Bütün bunlar danışıqların mənasız olduğunu aşkar şəkildə etiraf etmək və Azərbaycana öz ərazi bütövlüyünün bərpası hüququndan istifadə edərək, hərbi əməliyyatlara başlamaq imkanının verilməsidir”.//Publika