Koçaryan Qarabağı qarışdırdı - Ərazilərin qaytarılması planına görə AYAĞA QALXDILAR

Baxış sayı:
3940

Ermənistanda keçmiş prezident Robert Koçaryanın həbsi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində qarışıqlığa səbəb olub.
İşğal olunmuş ərazilərdə Ermənistan tərəfindən yaradılan qondarma rejim Koçaryanın həbsinin daxili qarşıdurmaya səbəb olacağını hesab edir.
Qarabağda qondarma rejimin “parlamentinin” “deputatı” Vardqes Baqryan bildirib ki, “Koçaryan təkcə Ermənistanın ikinci prezidenti yox, həm də Qarabağın “birinci prezidenti” və “qəhrəmanıdır”.
Lakin İrəvanda qondarma rejimə qarşı çıxanlar var.
“Sasna Srer” qruplaşması isə “Koçaryanın həbsinin Qarabağ baxımından vacib olduğunu” bəyan edib.
“Heç kim Koçaryanın 2006-cı ilin 28 sentyabrında “Əl-Cəzirə” telekanalına dediyi “Qarabağın inzibati sərhədlərindən kənar torpaqlar var və bu ərazilər erməni qoşunları tərəfindən müharibədə əldə edilib. Biz dəfələrlə bildirmişik ki, Ermənistan və Qarabağ arasında dar Laçın dəhlizindən başqa digər ərazilərin Azərbaycana qaytarılmasını müzakirə edə bilərik” fikirlərini unutmasın", - qruplaşma Koçaryanın həbsini dəstəkləyib.
Keçmiş deputat Vaqan Badasyan iddia edir ki, Qarabağda ermənilər Koçaryanın şəxsində Levon Ter-Petrosyan rejiminin davamını hiss edirlər.
Badasyan Kİ-Uest görüşündə Koçaryanın Azərbaycan Prezidenti Heydər Əliyevlə Qarabağ müzakirəsini xatırladıb: “Koçaryan Ermənistanı Qarabağa birləşdirən dar Laçın dəhlizindən savayı bütün ərazləri Azərbaycana qaytarmağa hazır idi”.
Erməni ekspertlər hesab edirlər ki, İrəvandan fərqli olaraq İrəvandan fərqli olaraq Koçaryanı dəstəkləyənlər çoxdur. Qarabağdakı rejim Koçaryanın həbsinə görə Paşinyanın əleyhinə çıxa bilər. Bu isə gələcəkdə ciddi təhlükə yarada bilər.(Publika.az)