​Koçaryan GERİ DÖNÜR - Partiya yaradır

Baxış sayı:
6499

Ermənistanın sabiq prezidenti Robert Koçaryan öz partiyasını yaratmağa və müxalifətə getməyə hazırlaşır.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Koçaryan bu haqda “RİA-Novosti” agentliyinə müsahibəsində bildirib.
“Əgər siyasətə qayıdırsansa, onda bu haqda düşünmək lazımdır. İndi müxalifət düşərgəsində çox ciddi boşluğu görürəm və hesab edirəm ki, ölkənin xeyrinə bu boşluğu doldurmaq lazımdır”, - Koçaryan əlavə edib.
Sabiq prezident qeyd edib ki, hər hansı yüksək vəzifəni tutmağa cəhd göstərmir:
“Əgər belə bir cəhd olsaydı, mən 10 il öz şəxsi həyatımı yaşamazdım. Vəziyyət elə inkişaf edir ki, səni prosesə cəlb edir”.
Bu ilin sonunda keçirilməsi gözlənilən növbədənkənar parlament seçkilərində iştirakına gəlincə, Koçaryan sadəcə vaxt çatmadığını vurğulayıb.