Koçaryan buraxılacaqmı?- ŞİKAYƏTƏ APELLYASİYA MƏHKƏMƏSİNDƏ BAXILACAQ

Baxış sayı:
5362

28 iyulda həbs edilən Ermənisatanın keçmiş prezidenti Robert Köçəryanın apellyasiya şikayətinə avqustun 9-da baxılacaq.
 
Bu barədə erməni mediasına istinadən xəbər verir. Köçəryanın vəkili Aram Orbelyan da məlumatı təsdiqləyib.
Qeyd edək ki, R.Köçəryanla bağlı seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün 45 deputat Baş Prokurorluğa müraciət edib. Məhkəmənin Köçəryanla bağlı müsbət qərar verəcəyi az inandırıcı olsa da, Rusiyaya ümid edənlərin gözləntiləri var. Keçmiş prezident 1 mart 2008-ci ildə İrəvanda baş verən qanlı hadisələrə görə ittiham olunur.