​Koçaryan Avropa Məhkəməsinə şikayət etdi: “Bazar ertəsi bəyanatla çıxış edəcəyik”

Baxış sayı:
397

Ermənistanda konstitusiya quruluşunun devrilməsində ittiham olunan sabiq prezident Robert Koçaryanın vəkilləri Avropa İnsan Haqları Məhkəməsinə şikayətlə müraciət ediblər.
Muxalifet.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Koçaryanın vəkili Aram Orbelyan bildirib.
“Biz baş verənlərin ədalətli məhkəmə istintaqının, məhkəmə müdafiəsinin və hüquqların müdafiəsinin konvensiyaya uyğun olub-olmaması barədə şikayətlə müraciət etmişik. Hazırda təfərrüatlarını təqdim edə bilmərəm. Bazar ertəsi bəyanatla çıxış edəcəyik”, - Koçaryanın vəkili deyib.