"Kobra Pərviz" "Survivor"dan ayrıldı - QADINLARIN TORUNA DÜŞDÜ...

Baxış sayı:
6502

"Kobra" ləqəbli azərbaycanlı kikboksçu Pərviz Abdullayev Türkiyənin məşhur "Survivor" yarışmasını tərk edib.
 
Muxalifet.az xəbər verir ki, məşhur idmançı TV8-in rəhbəri Acun Ilıcalıya onu bu yarışmaya dəvət etdiyi üçün təşəkkür edib.
 
"Bəlkə qalsaydım, zədə alardım, sonadək yarışmağı istəyərdim, əsas sağlamlıq olsun, qismət. Nə yaxşıdırsa və xeyirlidirsə, o olsun", - deyə Pərviz Abdullayev bildirib.
 
Acun Ilıcalı azərbaycanlı iştirakçıya yarışdan xətasız ayrıldığını deyib: "Azərbaycandakı soydaşlarımıza olan münasibətimiz bəllidir. "O səs Türkiyə" layihəmizdə də azərbaycanlı çempionumuz olub. Azərbaycanı çox gözəl təmsil etdin, səni tanıdığımız üçün xoşbəxtəm. Bu gün "Survivor" başlayandan indiyədək ən üzüldüyüm gündür"./Teleqraf

Qeyd edək ki, "Survivor" izləyiciləri Pərviz Abdullayevin bu yarışmada iştirak edən "ünlü qadınlar"ın toruna düşdüyünü və ona qarşı haqsızlıq edildiyini bildirirlər...