Kobaxidzedən azərbaycanlılara məktub: Biz güclü dövlət qururuq
21-03-2018 20:43
Baxış sayı:
1369
Biz Gürcüstanda vətəndaşlarımızın normal, rahat yaşamaları üçün hər cür şərait yaradırıq. Azərbaycanlılar güclü Gürcüstan dövlətinin yaradılmasında və inkişafında xüsusilə fərqlənirlər. Biz azərbaycanlılarla birlikdə ölkəmizin gələcəyini qururuq və birlikdə vahid Gürcüstanda yaşayacağıq.
Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin Novruz bayramı ilə əlaqədar azərbaycanlılara ünvanladığı təbrik məktubunda bildirilir.
Təbrik məktubunda, həmçinin deyilir: “Biz birlikdə bir ailəyik və güclü dövlət qururuq. Biz həm də, əsrlərdir ki, Novruz bayramını birlikdə qeyd edirik”.