​Koalisiya üç ildə 786 SAKİN ÖLDÜRDÜ

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın 2014-cü ilin sentyabr ayından 2017-ci ilin sentyabrına qədər Suriyada və İraqda İŞİD terror qruplaşmasının mövqelərinə endirdiyi hava zərbələri nəticəsində 786 mülki şəxs həlak olub.
"RİA Novosti" xəbər verir ki, 519 nəfərin ölüm xəbəri üzrə isə araşdırılma aparılır.
Bundan əlavə bildirilir ki, koalisiya qüvvələri bu vaxt ərzində İŞİD-in nəzarəti altında olan ərazilərin 95 faizini azad ediblər.