Koalisiya tamamlandı: ABŞ İrana hücum hazırlığında

Baxış sayı:
6496

Terror təşkilatı YPG / PKK Suriyanın Deyrizor rayonunda işğal etdiyi və özünə yönəlik etirazların olduğu Şıheyl mahalında "İŞİD ilə mübarizə" bəhanəsiylə sözdə əməliyyat başlatmış, srağagün gecə mahaldakı böyük bir ərazini yandırmışdı.
 
Yerli qaynaqlara görə, YPG / PKK bu yolla Deyrizorun şərqində asayişi nəzarət altına aldıqdan sonra şəhərin qərbində yerləşən İran dəstəkli xarici terrorçu qruplara hücum planlaşdırır.
ABŞ liderliyindəki koalisiya gücləri YPG / PKK-lılara İran dəstəkli terrorçu ünsürlərə yönəlik başladılacaq əməliyyat üçün Ayn İsa bölgəsi ilə Ömər neft sahəsində üç ay ərzində səyyar körpünün qurulması və keçidi təmin edən təlim verib.
Ayrıca, təşkilatın bölgədəki Ərəb tayfalarını İran dəstəkli qruplara yönəlik əməliyyatda yanına çəkməyi hədəflədiyi öyrənilib.
İraq sərhədində yerləşən və Fərat çayının ikiyə böldüyü Deyrizor əyalətinin şərqində ABŞ dəstəkli YPG / PKK, qərbində isə Bəşər Əsəd rejimi və müttəfiqi İran dəstəkli xarici terrorçu qruplar yerləşib.
Qeyd edək ki, Deyrizorda ərəb xalqı 25 aprel tarixindən etibarən YPG / PKK-ya qarşı etiraz nümayişləri keçirir.
Müxalifət.az