Koalisiya məktəbi vurdu: 5 şagird öldü, 34 yaralı

Baxış sayı:
1444

Səudiyyə Ərəbistanının liderlik etdiyi koalisiya qüvvələri Yəmənin paytaxtı Sənaya aviazərbələr endirib.
Muxalifet.az xəbər verir ki, mərmilərdən bir neçəsinin məktəbin yaxınlığına düşməsi nəticəsində 5 qız şagird həlak olub, 34 nəfər yaralanıb.
Yaralananların əksəriyyətinin məktəbli olduğu vurğulanıb.
Səudiyyə rəsmiləri isə hücumun husilərin düşərgəsinə təşkil edildiyini bildirib.