Kəndlər boşalır… - NİYƏ?

Baxış sayı:
11767

Azərbaycan əhalisinin əsasən paytaxtda cəmlənməsi, iş yerlərinin, sənayenin, tikinti obyektlərinin, bankların əksəriyyəyinin şəhərdə fəliyyət göstərməsi və bunun yaratdığı fəsadlara istənilən qədər misal göstərmək olar. Bölgələr də ən yaxşı halda yerində sayır, paytaxt isə həddindən artıq yüklənir.
Əlbəttə, bölgələrdən əhalinin infrastrukturun nisbətən yaxşı, iş yerlərinin isə nisbətən çox olduğu paytaxta axmasında qeyri-adi heç nə yoxdur. İnsanlar özlərinə normal iş yeri və rahatlıq axtarırlar ki, bu da az-çox paytaxtda mümkündür. Bizim fikrimizcə, bu, rəsmən elan edilməsə də hökumətin məqsədli siyasətidir –insanlar daha çox paytaxtda cəmlənsin ki, idarəetmə və nəzarət daha rahat olsun.
Elə bu məqsədli siyasətin nəticəsidir ki, ölkə ərazisinin təxminən 6-8 faizini təşkil edən Bakı büdcə daxilolmasının 85-90 faizini ödəyir. Ölkənin iqtisadi potensialı baxımından Bakı iqtisadi rayonundan qat-qat güclü olan bölgələri büdcə daxilolmalarında demək olar ki, iştirak etmir. Bölgələrin ayrı-ayrılıqda büdcədə payı 2-3 faizdən çox deyil. Hökümət isə bu disbalansın aradan qaldırılmasında maraqlı görünmür.
Əksinə, hökümətin əməli addımları vəziyyətin daha da mürəkkəbləşməsinə xidmət edir. Məsələn, son 3-4 ildə dövlət investisiyalarının 60-65 faizi paytaxtın payına düşür. Elə götürək ipoteka kreditlərini. Bu proses başlayandan əsasən paytaxtda aparılır. Regionlarda evsizlik probleminin daha qabarıq olmasına baxmayaraq, daha çox Bakı sakinləri bu kreditdən hansı yolla olur-olsun faydalana bilir. Belə demək mümkündüesə, sanki region əhalisi bu ölkənin vətəndaşı deyil və onlar ücün ipoteka kreditləri əlçatmaz olaraq qalır. Hökümət onların problərinin həlli əvəzində, ipoteka kreditlərini müxtəlif yollarla yeni tikilən binalardakı mənzillərə yönəltməklə iş aparır. Görünür, burada qara qüvvələrin ambisiya maraqları öz işini görür.
Sevimli şairimiz M.Ə.Sabirin təbirincə desək:
“Mən salim olum, cümlə cahan batsa da batsın”.
İqtisadcı mütəxəsislərin sorğularından aydın olur ki, ipoteka kreditlərinin verilməsi prosesi paytaxtla məhdudlaşdırılmamalıdır. Regionlarda ipoteka kreditlərinin həcminin artırılması tikintilərin canlanmasına gətirib cıxara bilər. İpoteka kreditlərinin ən azı 60 faizi bölgələrə ayrılmalıdır.
Bakıdan fərqli olaraq regionlarda əhali ipoteka vasitısi ilə yeni tiklilərdə ev almağa maraqlıdırlar. 80 faiz əhali yeni tikililərdə ev almaq istəyir.

Başbilənlərimiz bölgələrimizə gəlib, əhalinin yaşam tərzini görsələr, heç də XV əsrdən geri qalmadığımızın əyani şahidi olarlar. Bu konteksdə Bakıdan fərqli olaraq bölgələrdə yeni tiklilərə marağın artmasına səbəb kimi paytaxdakı köhnə tiklilərin qiymətinin yeni inşa edilən binalardan qat-qat ucuz olmasını göstərmək olar. Mütəxəsislərin fikrincə, bölgələrdə ipoteka kreditləşməsinin aktivləşdirilməsi tikinti sahəsinin inkişafına təkan verəcək, işsizliyi azaldacaq. 
Maraqlı sual ortaya çıxır. Bəs niyə hökumət regionlarda tikinti sektorunun canlanmasında maraqlı deyil? Axı, bu, həm də regionlarda məşğulluq probleminin həllinə pozitiv təsir göstərir. Gün kimi aydındır ki, Bakıdakı tikintilərdə çalışanların ən çoxu rayonlardan gəlir. Əgər rayonlarda tikini canlansa, onda iş dalınca Bakıya üz tutmağa ehtiyac olmaz və adamlar öz yaşadıqları yerdə iş tapa bilərlər. Bu məsələyə hökumət öz aydınlığını gətirsə, yaxşı olar. Təəssüflər ki, maraqlı deyil.
Bizə məlumdur ki, İpoteka Fondunun statsistik məlumatında, verilən kreditlərin respublika üzrə göstəricilərində rayonlar üzrə göstəricilər açıqlanmır. Halbuki, bu, nə kommersiya, nə də dövlət sirridir. Sadəcə ya regionlara umumiyyətlə ipoteka kreditləri ayrılmır, ya da o qədər az ayrılır ki, açıqlamağa utanırlar .                                                                         
“O olmasın, bu olsun” filmində deyildiyi kimi, ”Babalı Sərvərin boynuna”.

Əlizadə Nəhmədağaoğlu