​Kənddəki ağacları kəsdi - 2950 manat cərimələndi

Baxış sayı:
7780

Qusar rayonu Çiləgir kəndi ərazisində köküstə yaş müxtəlif cinsli 9 ağac kəsilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə,fakt nazirliyin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb.
Araşdırma zamanı ağacların sözügedən kənd sakini Nəriman İsgəndərov tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və ona 2950 manat məbləğində cərimə tətbiq edilib.