​Kənan MM-dən SƏRT MESAJ: “Ayb olsun, 15 il mənə...” - VİDEO

Baxış sayı:
5668

“Qonararım burdakılardan yaxşıdır”.

Muxalifet.az xəbər verir ki, bu sözləri rejissor, aktyor Kənan Mahmudov ARB TV-nin “Show News”a danışarkən deyib.

Kənan MM onun uğruna sevinməyənlərə səslənib:

“Təbrik edib, paylaşmayanlara təəcübləndim. Amma eyni zamanda da sevindim. Ona görə sevindim ki, nə yaxşı mən onlar kimi deyiləm və heç vaxt da olmayacam. Demək istəyirəm ki, ey məni bəyənməyənlər, mən indi, sizi bəyənməyənlərin yanındayam. İndi ad çəkmirəm. Bizim kollqedandı. Paylaşanda bütün Azərbaycan biləcək ki, o kimdir. Amma ayıb olsun. Orda məni azərbaycanlı kimi tanıyırlar. Məni tanımayan türklərin mənə verdiyi dəstəyi 15 il məni burada tanıyan insanlardan üzücü halda deyirəm ki, görmədim. Bu, məni üzdü, incidim. Qonorar isə burdakılardan yaxşıdır”.