Kəmaləddin Heydərovun biznes imperiyası Fərhad Əliyevin nəzarətinə keçir — SENSASİON XƏBƏR

Baxış sayı: 440

Muxalifet.az olke.az-a istinadən xəbər verir ki, 2005-ci il oktyabrın 19-da, o vaxtkı parlament seçkiləri ərəfəsində həbs edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin Azərbaycanda iş adamı kimi yenidən fəaliyyətə başladığı haqqında xəbərlər var. Bu barədə bəzi KİV-lər də bir müddət öncə məlumat yaymışdılar.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilən, 14 oktyabr 2013-cü il tarixində isə prezidentin sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad olunan eks-nazir həbsdən çıxandan sonra İngiltərəyə, ardınca da Türkiyəyə getmişdi.
Fərhad Əliyevin artıq Azərbaycanda iş adamı kimə fəaliyyət göstərdiyi bildirilir.
"Modern.az" saytı sabiq nazirlə bağlı məlumat almaq üçün öncə həbsdə olan zaman onun hüquqlarının müdafiə komitəsinin sədri olmuş sabiq deputat, tarixçi professor Cəmil Həsənli ilə əlaqə saxlayıb.
C.Həsənli sayta bildirib ki, uzun vaxdır ki, Əliyev qardaşları ilə əlaqəsi yoxdur. Ona görə də onlar barədə tam məlumatsızdır.
Fərhad Əliyevlə bağlı sayt digər maraqlı bilgilər əldə edib.Məlumata görə, onun biznes əlaqələri Türkiyədə dövlət rəhbərliyinə qədər uzanır.
Sabiq nazirin Azərbaycanda da biznes işinə başladığı qeyd edilir. “Ölkə.Az” saytının yaydığı məlumatda da qeyd olunduğu kimi Sumqayıt Texnologiyalar Parkının da bilavasitə onun iştirakı ilə qurulduğu söylənilir.
Aldığımız məlumatlarda son zamanlar Fərhad Əliyevın Azərbaycanda bir sıra iri işlərə rəhbərlik etdiyi vurğulanır.
Hətta qeyd edilir ki, Fərhad Əliyev özünün günahsız həbs olduğunu və ona vaxtilə “müharibə açmış” şəxslərin yalanlarını yüksək dairələrdə sübut edə bilib. Elə bu səbəbdən də ölkədə bir holdinqin onun nəzarətinə keçəcəyi də deyilir.
“Ölkə.Az” saytının mötəbər mənbələrdən əldə etdiyi məlumata görə bu holdinq Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun ailə biznesi olduğu qeyd edilən “Gilan Holdinq”dir. 
Xatırladaq ki, Fərhad Əliyev 2005-ci ildə qardaşı Rafiq Əliyevlə birlikdə tutulmuşdu. O və 9 il müddətinə azadlıqdan məhrum edilmiş qardaşı Rafiq Əliyev 2013-cü il oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb