​Kəmaləddin Heydərov ötən həftə mətbuatın diqqətində olub – 14 SAYT ONUN BARƏSİNDƏ YAZIB

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov ikinci yeri tutub

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da müəyyən etmiş olacaqsınız.

Beləliklə, ötən həftə - 23-29 oktyabr 2017-ci il tarixlərində elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 1-ci yeri “Kəmaləddin Heydərov sağ əlini “kəsdi” – Qadın generalı işdən qovdu”, “Hesablama Palatasındakı Kəmaləddin Heydərovun dostu “vurulur””, “Kəmaləddin Heydərovun “təmizləmə” əməliyyatının sensasion pərdəarxası”, “Kəmaləddin Heydərov TƏKLƏNİR!” adlı dörd məqalənin 14 elektron KİV-də yayılması ilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tutur. 

Mətbuatda ən çox adı hallanan 2-ci məmur “Arzu Rəhimov Ramiz Yediyarovun “veteranlıq” alverinə icazə verdi” başlıqlı məqalənin 12 saytda yayılması ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov olmuşdur.
Elektron mətbuatda ən çox adı hallanan 3-cü məmur yerini isə “AzTV sədri məhkəməyə verildi” adlı məqalənin 6 elektron KİV-də yayılması ilə  AZTV-nin rəhbəri Arif Alışanov tutmuşdur.


**

Şəmsəddin Hacıyev öz adını mətbuatın gündəminə “möhürləyib”

Həftə ərzində “General “yox” da demədi: Şəmsəddin Hacıyev həbsə gedir?”, “YAP-çı deputatın mandatı alına bilər - korrupsiya ittihamı ciddiləşir” və “Şəmsəddin Hacıyev həbs oluna bilər” adlı 3 yazının 3 saytda işıqlanması ilə deputat Şəmsəddin Hacıyev deputatlar arasında  həftənin birincisi və yeganə deputat nümayəndəsi olmuşdur.