Kəmaləddin Heydərov avtomobil qəzasına düşüb... - NAZİR OLAN MAŞININ QISA ZAMANDA ALOVLANDIĞI BİLDİRİLİR

Baxış sayı:
3517

Bu gün günorta saatlarında Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti maşını qəzaya düşüb.
Muxalifet.az bizimxeber.az-a istinadən xəbər verir ki, hadisə zamanı nazir Heydərov özü də avtomobildə olub.
Avtoqəzada iştirak edən digər maşının markası “Maserati” imiş. Bildirilir ki, mühafizəçilər dərhal naziri başqa bir maşına əyləşdirərək hadisə yerindən uzaqlaşdırıblar. Qısa zamanda nazirliyin avtomobili alovlanıb.
Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.