​Klopp Millətlər Liqasını yenə tənqid etdi: Onlar da insandır

Baxış sayı:
436

"Liverpul"un baş məşqçisi Yurqen Klopp UEFA Millətlər Liqası ilə bağlı növbəti açıqlama verib.
Muxalifet.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, İngiltərə Premyer Liqasında "Haddersfild"lə matç öncəsi Millətlər Liqası turniri ilə bağlı bundan əvvəl dediklərini xatırladılmasından sonra deyib:
"Operaya hər gecə, yoxsa iki aydan bir getmək istəyərsiniz? Ya da Entoni Coşuanın boks matçını hər gecə görmək istəyərsiniz? Bu, heç bir idman növündə mümkün deyil. Rəqabəti mən də sevirəm, amma bir nöqtədə bəzilərin geri addım atmağı lazımdır. Futbolçuların da insan olduğunu unutmamalıyıq. Millətlər Liqası gözəl fikirdir, amma bunu başqa idmanda tətbiq edin. Futbolda bu turnirə ayıracaq zaman yoxdur".
Qeyd edək ki, Klopp bundan əvvəl Millətlər Liqasını "ən mənasız turnir” adlandırmışdı.