Klintseviç: “Rusiya Suriyadan çıxsa…”

Nyu Yorkda baş verən terakt sübut edir ki, Rusiya Suriyadan öz ordusunu çıxaracağı halda burada İŞİD-in təsiri yenidən güclənəcək.
Muxalifət.az xəbər verir ki, bunu Rusiya Federasiyası Şurasının Müdafiə və Təhlükəsizlik üzrə Komitə sədrinin birinci müavini Franç Klintseviç bildirib.
"Davam edən terror hücumlarından da aydın görünür ki, İŞİD-in ideologiyası tam yox edilməyib. Rusiyanın Suriyadan çəkilməsi terrorçuların yenidən təsirini artıra bilər. Ona görə də hazırkı vəziyyətdə Suriyadan çıxmaqda tələsməməliyik", - deyə o bildirib./axar.az/