​Klintondan Trampa atmaca: Qalib gələ bilmirsənsə, onlara...

Baxış sayı:
8035

Əgər qalib gələ bilmirsənsə, onlara qatıl!
Muxalifet.az xəbər verir ki, bunu ABŞ-ın prezidentliyə keçmiş namizədi Hillari Klinton prezident Donald Trampa atmacasında deyib.
Yale Universitetində tələbələrlə görüşən Klinton qeyri-adi papaq taxma mərasimə qatılıb. O, kürklü və qulaqları qapayan papaq taxıb və Trampa mesaj göndərib: "Baxın, rus şapkası. Yəni, onlara qalib gələ bilmirsənsə, onlata qatıl".
Klintonun bu atmacası ilə Trampın rusların yanında olduğuna işarə vurduğu bildirilib.