Klinton Trampı 11 faiz səslə qabaqlayır - SORĞU

ABŞ-ın sabiq dövlət katibi, prezidentliyə namizəd Hillari Klinton əsas rəqibi olan Donald Trampı 11% qabaqlayır.
Bu, «Reuters» agentliyi və «İpsos» araşdırma mərkəzinin keçirdiyi rəy sorğusunda bəlli olub.
Demokrat partiyasının təmsilçisi H.Klintonu rəyi soruşulanların 46%-i, respublikaçı D.Trampı isə - 35%-i dəstəkləməyə hazırdır.
Qeyd edək ki, mayın sonunda Klinton Donald Trampı cəmi 3%-lik üstünlüklə qabaqlayırdı.
Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 8-də keçiriləcək.