​Klinton rəqibi Trampı qabaqlayır - SORĞU

ABŞ prezidentliyinə Demokratik Partiyasından namizədHillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 4% qabaqlayır.
“Reuters” xəbər verir ki, agentlik və “İpsos” şirkəti tərəfindən birgə keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 41 faizini, Tramp isə 37 faizini toplaya bilər.
Sentyabrın 16-dan 22-dək keçirilən sorğuda 1559 respondent iştirak edib. Sentyabrın 26-da prezidentliyə namizədlərin ilk teledebatları baş tutacaq.
Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.