​Klimkin: Rusiyaya qarşı sanksiyalar ağırlaşdırılacaq

Baxış sayı:
313

Qondarma Donetsk və Luqansk respublikalarında keçirilməsi nəzərdə tutulan seçkilər Rusiyaya qarşı beynəlxalq sanksiyaları ağırlaşdıracaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Ukraynanın Xarici İşlər naziri Pavel Klimkin Tvitter hesabında qeyd edib.
O, Donbasda keçirilməsi planlaşdırılan seçkinin Ukraynaya qarşı cinayət olduğunu bildirərək, bu cinayətin cəzasının sanksiyalar olacağını vurğulayıb.
“Biz ortaqlarımızla birlikdə bunun üzərində çalışırıq” deyən Klimkin Rusiyanı sülh istəməməkdə günahladırıb. O, Donbas sakinlərindən seçkidə iştirak etməməyi istəyərək, yalnız Ukrayna tərəfindən keçirilən seçkilərdə səs verməyin lazım olduğunu qeyd edib.
Qeyd edək ki, qondarma Donetsk və Luqansk respublikalarında prezident və parlament seçkiləri noyabrın 11-də keçiriləcək. Kiyev seçki nəticələrini qəbul etməyəcəyini, Avropa Birliyi və ABŞ da sözügedən seçkilərin qanuni olmadığını bildirib.