Kliçko Saakaşvilini dəstəklədi

Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından çıxarılması ölkə üçün pozitiv hal deyil.
 
Bu sözləri öz Feysbuk səhifəsində Kiyev meri Vitali Kliçko paylaşıb.
“Bu gün vacib olan əsas məsələ Ukrayna haqqında pozitiv xəbərlərin yayılmasıdır. Bizə skandalların yaradılması lazım deyil. Mən Saakaşvilinin vətəndaşlığı ilə bağlı qərarı pozitiv addım saymıram”, – Kliçko bildirib.
Qeyd edək ki, bundan öncə Ukrayna Prezidenti Pyotr Poroşenko Mixail Saakaşvilinin vətəndaşlığını ləğv edib.