Kliçko-Coşua revanş qarşılaşmasının vaxtı bəlli oldu

İdmançıların görüşü 2017-ci il noyabrın 11-nə nəzərdə tutulub
 
Britaniyanın nüfuzlu "BoxRec" boks portalında ukraynalı Vladimir Kliçko və britaniyalı Entoni Coşua arasında revanş qarşılaşmasının keçiriləcəyi barədə məlumat yer alıb.
İdmançıların görüşü 2017-ci il noyabrın 11-nə nəzərdə tutulub.
Döyüş Las-Veqasın məşhur "t-Mobile arena" stadionunda keçirilməlidir.
Boksçular arasında Londonun "Uembli" stadionunda baş tutan ilk döyüş zamanı Coşua Kliçkonu iki dəfə nokauta salıb.