“Kleopatra”nın avtomobili də hərraca çıxarıldı - Qiyməti dodaq uçuqladır

Baxış sayı:
5452

Böyük Britaniya əsilli ABŞ aktrisası Elizabet Teylorun avtomobili Nyu-Yorkda hərraca çıxarılıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “TASS” xəbər verib.
Hərracın avqustun 6-da keçiriləcəyi bildirilir. Aktrisaya məxsus “Rolls-Royce” markalı avtomobil 2 milyon ABŞ dolları miqdarında dəyərləndirilib.
Avtomobilin sifariş əsasında hazırlandığı qeyd edilib. O, Teylorlar ailəsində 1960-cı ilin dekabrında təqdim edilmişdi.
Xatırladaq ki, daha əvvəl aktrisanın paltarları, zinyət və s. əşyaları hərraca çıxarılıb. 
Qeyd edək ki, 1932-ci ildə Londonda anadan olan E. Teylor 2011-ci ildə Los-Anceles şəhərində vəfat edib. O, "Batterfild 8" (BUtterfield 8) və "Virciniya Vulfdan kim qorxur?" (Who’s Afraid of Virginia Woolf?) filmlərindəki rollarına görə "Oskar" mükafatına layiq görülsə də, 1963-cü ildə çəkildiyi "Kleopatra" filmindəki Kleopatra rolu ilə daha çox tanınır.