KƏLBƏCƏRİN QIZIL YATAQLARI HƏLƏ İŞĞALDADIR? - Ermənilər yataqları qaytarmağı böyük fəlakət sayır və...

Baxış sayı:
703

Məlum olduğu kimi, noyabrın 10-da imzalanan üçtərəfli razılaşmaya əsasən Ermənistan hərbi birləşmələri işğal etdikləri Kəlbəcər rayonunun ərazisini tərk etməli idilər.

Artıq darmadağın olmuş qoşunun tör-töküntüləri və azərbaycanlıların evlərini zəbt etmiş erməni əhalisi rayonu tərk etsə də, Kəlıbəcər ərazisindən keçən Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasıyla bağlı xeyli iş görülməlidir.

Ermənilər xüsusilə Kəlbəcər ərazisindəki Söyüdlü – Zod qızıl yatağının ərazisi ilə bağlı mübahisəli məqamlar olduğunu iddia edirlər. Halbuki yatağın böyük hissəsi Azərbaycan ərazisinə aiddir və buradakı mədənlər Kəlbəcərin işğalı dönəmində Rusiya sərmayəli “GeoProMining Gold Company” şirkəti tərəfindən istismar olunub.

Şirkətin qanunsuz olaraq yataqlardan götürdüyü gəlirlərin pay sahibləri sırasında Ermənistan siyasi elitasına aid şəxslərin də adları çəkilir. Onu da qeyd edək ki, əslində yatağın 23 filiz damarından cəmi 7-si Ermənistan ərazisinə 16-sı isə Kəlbəcərin ərazisinə düşür. Həmin 7 filiz damarının düşdüyü ərazi də vaxtilə sovet hakimiyyəti tərəfindən Ermənistana pay edilib.

Qarabağda sentyabrın sonunda hərbi əməliyyatlar başlayandan sonra sözügedən şirkətin fəaliyyətini dayandırdığı bildirilirdi. Lakin Ermənistan mətbuatının yazdıqlarından belə məlum olur ki, son günlərədək yataqda iş gedib və Ermənistan bu yataqları könüllü olaraq təhvil vermək fikrində deyil.

Hətta Azərbaycan hərbçilərilə ermənilər arasında həmin ərazidə konflikt yarandığı və Rusiya sülhməramlılarının məsələyə müdaxilə etdiyinə dair məlumatlar yayıldı. Xəbər verilir ki, həmin ərazilərlə bağlı Rusiyanın iştirakı ilə danışıqlar gedir. Lakin artıq Azərbaycan ordusunun sözügedən ərazidə üç post qurduğu da qeyd olunur.

Bununla bağlı ictimaiyyətin qarşısına çıxan Ermənistan Baş Qərargahının rəis müavini, general-leytenant Tiran Xaçatryanı deyib:  "Zod qızıl mədəni ətrafındakı nəzarət-buraxılış məntəqəsi Rusiya “sülhməramlıları” tərəfindən yaradılmışdı, bu onların təşəbbüsü idi. Sonrakı müzakirələrdə nə danışıldı, həmin qapı açıldımı, yoxsa sındırıldımı, bilmirəm. Mənim əldə etdiyim məlumata görə, qapı sındırılmadı, açıldı".

O, daha sonra bildirib: "Bəli, Azərbaycan hərbçiləri bu gün Sokt (Zod) mədəninin ərazisinə gəliblər, lakin onlar sahənin özlərinə aid hissələrində olublar və erməni tərəfinə keçməyiblər...

Azərbaycan hərbçiləri Sotk (Zod) mədəninin ətrafında 3 post qurublar. Postlardan biri qızıl mədəninin tam yaxınlığındadır..