Kiyevin merinə cinayət işi açıldı - "Kliçko vəzifə səlahiyyətlərindən sui-istifadə edir..."

Baxış sayı:
6591

Ukrayna Milli Antikorrupsiya Bürosu (UMAB) Kiyev şəhərinin meri Vitali Kliçkoya cinayət işi açıb.

Bu barədə “RBK-Ukrayna” məlumat yayıb.

Korrupsiyaya qarşı Ali Məhkəmə vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə UMAB-dan istintaqın başladılmasını tələb edib.

Qeyd edək ki, bundan öncə Prezident Administrasiyasının rəhbəri Andrey Boqdan bir müddət öncə V.Kliçkonun vəzifəsinin öhdəsindən gəlmədiyini, Kiyev üzərində nəzarəti itirdiyini bəyan etmişdi. Kliçkonun vəzifədən uzaqlaşdırılması ilə bağlı Prezident Administrasiyasına təklif göndərilmişdi.