Kiyevdən qərar: Rusiyanın adamı həbsdə qaldı

Baxış sayı:
5902

Kiyevin Podolsk məhkəməsi “RİA Novosti”nin Ukrayna bürosunun baş redaktoru Kirill Vışinskinin həbs müddətini uzadıb.
Muxalifet.az xəbər verir ki, bu barədə onun vəkili Andrey Domanski məlumat yayıb.
“Həbs müddətinin iyulun 22-nə qədər uzadılması qərarı verildi. Qərarın dəyişdirilməsi ilə bağlı müraciət rədd edilib”, - deyə vəkil bildirib.
Qeyd edək ki, ötən il “RİA Novosti”nin Ukrayna bürosunun baş redaktoru Kirill Vışinski Xerson bölgə məhkəməsi tərəfindən həbs edilib.