​KİYEVDƏ PARTLAYIŞ nəticəsində yaralanan deputat əməliyyat olundu

Kiyevdə baş verən partlayışda yaralanan Ali Radanın deputatı, “Radikal” partiyasının üzvü İqor Mosiyçuk əməliyyat olunub.
APA-nın xəbərinə görə, bu barədə İ.Mosiyçukun mətbuat katibi bildirib. 
“Əməliyyat uğurla başa çatıb. Həkimlər İ.Mosiyçukun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Hazırda o reanimasiyadadır. İ.Mosiyçuk əməliyyatdan sonra özünə gəlib, danışa bilir”, məlumatda deyilir.
Qeyd edək ki, İqor Mosiyçuk “Espresso” telekanalının binasından çıxdığı zaman  yolun kənarında motosiklet partlayıb. Hadisə nəticəsində deputatın mühafizəçisi ölüb, İ.Mosiyçuk daxil olmaqla 5 nəfər xəsarət alıb. Partlayış hüquq-mühafizə orqanları tərəfindən terror aktı  kimi qiymətləndirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.