Kiyevdə öldürülən Azərbaycan vətəndaşına 20 güllə VURULUB

Asif Məmmədov Kemerovsk vilayətində həmyerlisini öldürməkdə şübhəli bilinir
 
Kiyevin mərkəzində "Çerniqovskaya" metro stansiyasının yaxınlığında iki nəfər 53 yaşlı Azərbaycan vətəndaşı Məmmədov Asif Bahadur oğluna atəş açıb.
Ukrayna KİV-ləri bildirir ki, ölkənin Daxili İşlər Nazirliyinin verdiyi xəbərə əsasən, ilkin məlumata görə, atəş "Kalaşnilov" avtomatı və tapançadan açılıb.
Qatillər avtomatı hadisə yerində qoyaraq qaçıblar. Meyitin üzərində 20 güllə yarası aşkar edilib.
Qeyd edək ki, A.Məmmədov üç ildir Rusiyanın Kemerovsk vilayətində münaqışə nəticəsində həmyerlisini öldürməkdə şübhəli bilinərək axtarışa verilib.