Kiyevdə jurnalist Fikrət Hüseynov saxlanılıb

Niderlandda siyasi mühacirətdə olan Azərbaycanlı müxalif jurnalist Fikrət Hüseynli bu gün Kiyevə gəldikdən sonra Borispol hava limanında saxlanılıb.
 
O, telefonla Azərbaycanın İnterpolda olan sorğusu əsasında saxlanıldığını bildirməyə müvəffəq olub, deyə məlumat verilir. Amma jurnalistlərə qarşı irəli sürülmüş ittihamlar ona məlum deyil.
Maraqlıdır ki, Fikrət Hüseynli Niderland vətəndaşlığı alıb və xaricdən yayımlanan "Turan TV" müxalif telekanalı ilə əməkdaşlıq edir.
F.Hüseynli Azərbaycanı 10 il əvvəl, oğurlanıb amansızca döyüldükdən sonra tərk edib. Onu oğurlayanlar tapılmayıb.