Kiyevdə jurnalist Fikrət Hüseynli saxlanılıb - YENİLƏNIB

Niderlandda siyasi mühacirətdə olan Azərbaycanlı müxalif jurnalist Fikrət Hüseynli bu gün Kiyevə gəldikdən sonra Borispol hava limanında saxlanılıb.

O, telefonla Azərbaycanın İnterpol-da olan sorğusu əsasında saxlanıldığını bildirməyə müvəffəq olub, deyə azadliq.info məlumat verir. Amma jurnalistlərə qarşı irəli sürülmüş ittihamlar ona məlum deyil.

Maraqlıdır ki, Hüseynli Niderland vətəndaşlığı alıb və xaricdən yayımlanan "Turan TV" müxalif telekanalı ilə əməkdaşlıq edir.

Hüseynli Azərbaycanı 10 il əvvəl, oğurlanıb amansızca döyüldükdən sonra tərk edib. Onu oğurlayanlar tapılmayıb.