​Kiyevdə HELİKOPTER qəzası - yaralılar var

Baxış sayı:
5683

Kiyevdə mülki helikopter qəzaya uğrayıb.
Mxalifet.az-ın məlumatına görə, qəza ilə bağlı Ukrayna Milli Polisinin Kiyev İdarəsinin mətbuat xidməti xəbər verib.
Məlumata görə, qəza nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Helikopterin özəl şirkətə məxsus olduğu bildirilir. Qəzanın başvermə səbəbi məlum deyil.
Araşdırma başlayıb, polis hadisə şahidlərini dindirir.