Kiyevdə ermənilər azərbaycanlı tələbələri GÜLLƏLƏDİ – VİDEO

Baxış sayı:
403

Ötən gecə Kiyev şəhərində iki nəfər azərbaycanlı tələbə naməlum şəxslər tərəfindən odlu silahdan yaralanıblar.

“Strana” xəbər verir ki, bu barədə Ukrayna Milli Polisindəki mənbələr bildirib.

Hadisə yerində 9 ədəd giliz tapılaraq götürülüb.

Ayağından güllə yarası alan Azərbaycan vətəndaşı Nicat Kərimov xəstəxanaya yerləşdirilib. Həmçinin 2000-ci il təvəllüdlü Azər Abbasov da ayağından güllə yarası alsa da, xəstəxanaya yerləşdirilməməklə tibbi yardım alıb. Hadisə ilə əlaqədar polis “Galenvagen” markalı avtomobilin axtarışına başlayıb.

Hadisə yerinə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov və idarə heyətinin üzvləri gəliblər.

“Evə qayıdan tələbələr binanın həyətində Ermənistan nömrəsi olan avtomobil görüblər. Avtomobil sahibi iki gəncin ona diqqətlə göz qoyduğunu görüb onlarla mübahisə edib, daha sonra mübahisəyə başqa bir erməni də qoşulub. Onlardan biri tapança çıxararaq atəş açıb. Sonra da ermənilər hadisə yerindən qaçıblar. Biz səhər saat beşədək orada qaldıq. Polis axtarış tədbirləri görür”, - H.Cavadov bildirib./report