​Kiyevdə böyük yanğın

Baxış sayı:
8839

Ukraynanın paytaxtı Kiyevin Tupoleva küçəsində yerləşən böyük anbarlardan birində güclü yanğın baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
Bildirilib ki, 10 000 kv/m ərazini cənginə alan yanğının yanğınsöndürənlər tərəfindən qismən qarşısı alınaraq 800 kv/m-ə qədər kiçildilib.
Yanğının yaxınlıqda yerləşən 6 mərtəbəli ofisə keçmək ehtimalının olduğu deyilir.
Məlumata görə, yanğınsöndürənlər anbardan 10-na yaxın qaz balonu çıxarıb və hazırda 70 nəfərlik heyət ərazidə yanğının tam qarşısını almağa çalışır.