​Kiyevdə Azərbaycan vətəndaşı həbs olunub - QƏTLDƏ İTTİHAM OLUNUR

Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan vətəndaşı qətldə ittiham olunaraq həbs olunub.
Muxalifət.az-ın APA-ya istinadən məlumatına görə, Kiyevdə Şamaxı rayon sakini, 1991-ci il təvəllüdlü Şamil Feyzullayev ilə onun yaşadığı hostelin sakinləri arasında sonradan dava ilə nəticələnən mübahisə düşüb. Davaya səbəb azərbaycanlı gəncin ünvanına nalayiq ifadələrin işlənməsi olub. 
Əlbəyaxa dava zamanı Ş. Feyzullayev Aleksandr adlı gəncə bıçaqla xəsarət yetirib ki, nəticədə sonuncu ölüb.
Ş. Feyzullayev Qoloseevskiy rayon polisi tərəfindən saxlanılıb.
Həmyerlimizin yaxınları bildirib ki, onun hüquqi yardıma ehtiyacı var.