​Kiyevdə aksiya iştirakçıları ilə polis arasında toqquşma

Kiyevdə Ukrayna parlamentinin binası qarşısında keçirilən mitinqdə polislə aksiya iştirakçıları arasında toqquşma baş verib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, nəticədə bir neçə mülki şəxs və bir polis əməkdaşı xəsarət alıb.
Aksiya iştirakçıları Ali Radanın binası qarşısında çadır qurmaq istəyiblər. Onlar Prezident Administrasiyasına doğru hərəkət edirlər.
Xatırladaq ki, mitinq iştirakçıları islahatların keçirilməsini, Ukrayna prezidenti Petro Poroşenkoya impiçment tələb edirlər.