Kiyevdə ağır qəza: Ən azı beş ölü var

Baxış sayı:
5230

Kiyev vilayətində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər həlak olub. Hadisə nəticəsində xəsarət alan bir nəfər xəstəxanaya yerləşdirilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Məlumata əsasən, minik avtomobili idarəetməni itirərək yol kənarına yuvarlanıb. Faktla bağlı araşdırma aparılır.