​Kiyevə silah verəndə Kremllə məsləhətləşirik - ABŞ generalı

Baxış sayı:
4013

Rusiya SSRİ-dən daha təhlükəlidir.
Bunu “Delo.ua” saytına açıqlamasında amerikalı general Cek Kin söyləyib.
“Biz ukraynalı hərbçilərə güvənirik, ona görə ki, onlar Rusiya hərbi maşınına qarşı təkbaşına mübarizə aparırlar. Biz anlayırıq ki, Putin Rusiyası ilə qarşı-qarşıyayıq. O, hətta SSRİ-dən daha təhlükəlidir və ondan daha ambisiyalı geosiyasi planlara sahibdir. Ona görə də biz Ukraynaya silah verərkən bunu Rusiya ilə məsləhətləşmək məcburiyyətindəyik”, – deyə o bildirib./axar/