Kiyev Rusiyanı saymadı: İnaqurasiyaya dəvət...

Baxış sayı:
6871

Yeni prezident Vladimir Zelenskinin inaqurasiya mərasimi ilə bağlı rəsmi Kiyev Rusiya tərəfinə dəvət göndərməyib. Muxalifet.az xəbər verir ki, bu barədə rəsmi nümayəndə Yekaterina Zelenko məlumat verib. “Rusiya Federasiyası mərasimə dəvət edilməyib. Biz buraya Ukrayna ilə əməkdaşlıq edən, bizim dostumuz və partnyorumuz sayılanları dəvət etmişik”, - deyə Zelenko bildirib. Qeyd edək ki, Zelenskinin inaqurasiya mərasimi 20 mayda baş tutacaq.