​Kiyev metrosu bağlandı — Sərnişinlər təxliyə edilib

Ukraynanın paytaxtı Kiyev şəhərində metroda terror həyəcanı yaşanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Kiyev Metropoliteni məlumat yayıb. Verilən məlumata görə, “Lybidskaya” stansiyasında bomba qoyulması barədə məlumat daxil olub. Bu barədə polisə zəng vuran şəxs bildirib. Kimliyini açıqlamaya şəxs deyib ki, stansiyada təsiri çox güclü olan partlayıcı maddə qoyulub.
Məlumat daxil olan kimi stansiya bağlanıb. Sərnişinlər təxliyə edilib. Lakin axtarışlar zamanı partlayıcı maddə tapılmayıb.
Faktla bağlı araşdırma aparılır.