​Kıvanç məhkəməyə müraciət etdi - Otel gizli şəkillərini çəkib...

Baxış sayı:
5683

Kıvanç Tatlıtuğ ilə Başak Dizer cütlüyü bal ayı zamanı Havay adasında çəkilən şəkilləri üçün məhkəməyə müraciət edib. Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, cütlük bal ayı oteli kimi tanınan "Andaz Maui at Wailea"da tətil edən cütlüyün gizli şəkilləri lentə alınıb. Həmin fotolar bir çox səhifələrdə yayılıb. Tatlıtuğ arvadı ilə olan fotolarının gizli çəkilməsindən narahat olub. Aktyor məhkəməyə müraciət edərək bunla bağlı saytlarda dərc edilən fotolara əngəl qoyulmasını istəyib. Məhkəmə də Kıvançın iddiasını qəbul edərək, yazılara əngəl qoyulmasını tələb edib.