KİV: "Qalatasaray" Radamel Falkaonun keçidini həll edib

Baxış sayı:
4045

ürkiyənin "Qalatasaray" klubu Fransanın "Monako" komandasında çıxış edən Radamel Falkaonun keçidini yekunlaşdırıb.

"Report" "TRT Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 33 yaşlı hücumçunun transferi üçün klubu ilə razılıq əldə edib.

Kolumbiyalı forvadın avqustun 12-də İstanbula gedəcəyi bildirilib.

Qeyd edək ki, Radamel Falkao karyerası ərzində İngiltərənin "Çelsi", "Mançester Yunayted" və İspaniyanın "Atletiko" komandasının da formasını geyinib.