KİV: "İstanbuldakı terror aktını Tacikistan əsilli terrorçular törədib"

İstanbuldakı terror aktını Tacikistan əsilli terrorçular törədib.
Tacikistan əsilli olduqları bildirilən üç terrorçu-kamikadzenin fotoşəkilini “Milliyyət” dərc edib.
Onların şəxsiyyətləri  hələ müəyyənləşdirilməyib.
Qeyd edək ki, iyunun 28-də İstanbul Hava Limanında törədilən partlayış nəticəsində 42 nəfər ölüb, 238 nəfər yaralanıb.
İlkin ehtimala görə, terror aktının arxasında İŞİD dayanır(apa).