“Kitab və çap məhsulları vergidən azad edilməlidir” - Deputatdan təklif

Baxış sayı:
12745

Kitab və çap məhsulları vergidən azad edilməlidir.
Bunu bu gün Milli Məclisin plenar iclasında  çıxışı zamanı millət vəkili Fazil Mustafa deiyb. 
F. Mustafa bildirib ki, Prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşündə bəziləri atalarına heykəl qoyulmasını, adlrına küçə verilməsini istəyiblər: 
“Heç kim kitab və çap məhulları sahəsində 18 faiz əlavə dəyər vergisinin ləğv olunmasını təklif etmədi. Gürcüstan belə bu vergini ləğv edib”. 
Millət vəkili yaradıcı insanların problemlərin məsələsinin qaldırılmalı olduğunu vurğulayıb:
“Məsələn, mən demirəm ki, Musa Yaquba, Ramiz Rövşənə niyə Xalq şairi, Süleyman Abdullayevə Xalq yazıçısı adı verilmir, əslində Xalq şairi, Xalq
yazıçılarıdır. Ancaq bu gün Musa Yaqub ağır durumdadır, o, yardım istəyir, ona kimsə yardım etmir. Amma ölkənin həyatında rolu olmayan yüzlərlə adama yardım edilir. Biz yaradıcı insanlara zamanında dəyərini verməliyik. Prezident yaradıcı insanlarla görüşür, onlar ictimai məsələləri yox, şəxsi problemlərini önə çəkirlər”./olke.az