Kissincerın YAXIN ŞƏRQ FİTNƏSİ HƏYATA KEÇİRİLİR

Körfəz ölkələri İsrail ilə birlikdə İrana savaş açmağa hazırlanarkən, baş verən proseslər Henri Kissingerın 2011-ci ildə verdiyi bir müsahibədə dediyi ifadələr ağıllarda müəyyən suallar yaradıb.
 
ƏRƏB LİDERLƏRİ İŞĞAL ALTINDA OLAN QÜDSƏ DƏVƏT EDİLİB
 
İsrailin müdafiə naziri Liberman, Facebook hesabından paylaşdığı mesajda mötədil Ərəb liderlərini İrana qarşı alyans yaratması məqsədi ilə işğal altında olan Qüdsə dəvət edib. Orta Şərqin ən çox ehtiyac duyduğu şeyin mötədil İslam olduğunu qeyd edən Liberman, “Hazırda Orta Şərq, mülayim ölkələrin İrana qarşı koalisiya yaratmasına hər şeydən daha çox ehtiyac duyur” ifadələri ilə Körfəz ölkələrinə yol göstərib.
 
 İLK HƏDƏF LİVANDIR
 
Səudiyyə Ərəbistanında saray çevrilişi ilə hakimiyyəti ələ keçirən Vəliəhd Şahzadə Muhəmməd bin Salman Yəmən və Livan üzərindən İranla dolayısı ilə müharibə apararkən, yeni bir savaşın da hazırlıqlarını görməkdədir. Bir müddətdir sərt açıqlamalarla İranı hədəf alan Səudiyyə Ərəbistanı Livanın baş naziri Səad Həririni Hizbullah ilə kifayət qədər mübarizə etmədiyi üçün istefaya getməyə məcbur etdi. Həririnin istefasının ardından Livana qarşı müharibəyə hazırlaşan Səudiyyə Ərəbistanına İsrailin də dəstək verməsi gözlənilir.
 
 KİSSİNCER: MÜSƏLMANLAR KÜLƏ DÖNƏCƏK
 
ABŞ-ın keçmiş xarici işlər naziri Henri Kissincer 2011 ildə bir qəzetə verdiyi müsahibədə "Əgər döyüş təbillərini eşitmirsinizsə, kar olmalısınız" – deyə, fikir bildirmişdi. Müsahibədə 3-ci Dünya Müharibəsinin yaxınlaşdığını və bu müharibənin başlanğıc nöqtəsinin İran olacağını iddia edən Kissencer, "Müsəlmanlar külə dönəcək" ifadəsi ilə diqqət çəkmişdi. Kissincer daha sonra bu müharibə əsnasında İsrailin mümkün qədər daha çox Ərəb öldürərək Orta Şərqin yarısını işğal edəcəyini söyləmişdi.
ABŞ-ı neft və əhəmiyyətli iqtisadi resursların yerləşdiyi strateji əhəmiyyətə malik olan Yaxın Şərqdəki 7 ölkəni işğal etməyə zorladıqlarını deyən Kissencer, mövcud plandakı son addımın İrana hücum etmək olduğunu ifadə etmişdi. Çin və Rusiyanın axmaqcasına hərəkət etdiyi müddətcə İsrail və ABŞ-ın bu müharibəni qazana biləcəyini iddia edən Kissincer, İsrailin bütün gücü ilə bu savaşın içində olacağını və mümkün olduğu qədər çox Ərəb öldürəcəyini, sonunda da Orta Şərqin yarısını işğal edəcəyini söyləmişdi. Kissincer ABŞ və Avropanın gənclərinin təxminən son 10 ildir müharibə üçün tərbiyə edildiyinə diqqət çəkməklə, "Onlar müharibə üçün əmr aldıqda, Müsəlmanları külə çevirəcəklər" ifadəsini işlətdmişdi.
Dünyaya yəhudi bir ailənin uşağı olaraq gəldiyini xüsusilə vurğulayan Kissencer, müharibənin sonunda yeni bir dünyanın əmələ gələcəyini bildirərək, "Sonda müharibənin külündən yeni bir dünya doğacaq, yalnız tək bir super güc olacaq və o bütün dünyanı idarə edən yeganə hökumət olacaq" deyə, söyləmişdi.
Müxalifət.az